İyulun 12-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər, məktəbdənkənar və ümumi təhsil müəssisələrində vakant olan təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri üzrə müsabiqənin test imtahan mərhələsindən müvafiq keçid balını toplayaraq uğur qazanan namizədlərin müsahibəsi keçirilib.
Müsabiqənin test imtahan mərhələsindən uğur qazanan 13 namizəd müsahibəyə dəvət olunub.
Qeyd edək ki, təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri üzrə müsabiqə qeydiyyat, test və müsahibə mərhələsindən ibarət olmaqla 3 mərhələdə təşkil edilir.