İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə təşkil olunan imtahanların ilk seansına riyaziyyat fənni üzrə 221 namizəd dəvət olunub.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir. Müsabiqə peşəkar və mütəxəssis müəllimləri tapmağa imkanı verir, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir. Həmçinin müsabiqə yeni məzun olmuş pedaqoji profilli ixtisaslı gənclərin potensiallarını göstərmələrinə böyük imkan yaradır.
Test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!