15.07.2023

"Əlvida bağça, salam məktəb" adlı tədbir keçirilib.

İyulun 14-də Cəlilabad rayonu üzrə məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə Cəlilabad rayonu Heydər Əliyev mərkəzində "Əlvida bağça, salam məktəb" adlı tədbir keçirilib.

 

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, rayonun tanınmış ictimaiyyət nümayəndələri, Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları və valideynlər iştirak edib.

 

Tədbirdə məktəbəqədər qrupların iştirakı ilə hazırlanan bədii hissə qonaqlara təqdim olunub.

 

Balaca fidanlara təhsil həyatlarında uğurlar arzulayırıq.


Açar sözlər: