22.06.2023

Müsabiqənin test imtahan mərhələsi keçirilib.

İyunun 22-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər, məktəbdənkənar və ümumi təhsil müəssisələrində vakant olan təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri üzrə müsabiqənin test imtahan mərhələsi keçirilib.

 

Qeyd edək ki, təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri üzrə müsabiqə qeydiyyat, test və müsahibə mərhələsindən ibarət olmaqla 3 mərhələdə təşkil edilir. Test imtahan mərhələsində müvafiq keçid balını toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət olunacaqlar.

 

Nəticələr elan olunduqdan sonra namizədlərə sms vasitəsilə məlumat veriləcək.


Açar sözlər: