20.06.2023

Sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin keçirildiyi imtahan mərkəzində olub və sertifikasiya prosesində iştirak edən müəllimlərə uğurlar arzulayıb.

 

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

 

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

 

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərimizə bir daha uğurlar arzulayırıq!


Açar sözlər: