19.06.2023

Liseylərin 5, 6, 7 və 8-ci siniflərinə qəbul imtahanları keçirilib.

16, 17 və 18 iyun tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyin və Masallı şəhər “Dəfinə” məktəb-liseyin 5, 6, 7 və 8-ci siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib.

 

İmtahanda Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyi üzrə 341, Masallı şəhər “Dəfinə” məktəb-liseyi üzrə 77 nəfər olmaqla ümumilikdə 418 şagird iştirak edib.

 

İmtahanlar Lənkəran və Masallı rayonları üzrə 2 mərkəzdə təşkil edilib.

 

Liseylərə siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılıb:

-16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);

-17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);

-18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).

 

Qeyd edək ki, şagirdlər iyunun 23-dən sy.edu.az platformasına daxil olmaqla şəxsi kabinetlərindən nəticələrini əldə edə bilərlər. Müvafiq keçid balı toplanıldığı təqdirdə lisey və ya gimnaziya seçimi etmək mümkündür.

Bütün şagirdlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: ,