14.06.2023

Ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

İyunun 14-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

 

Keçirilən “Son zəng” tədbirlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, sektor müdirləri və əməkdaşları, məzunlar, valideynlər, şəhid ailələri, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər.

 

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar nümayiş etdirilib.

 

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Lənkəran-Astara RTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin XI siniflərini 7290 şagird bitirib.


Açar sözlər: ,