10.06.2023

4-cü siniflərində monitorinq təşkil edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 11 480 nəfər IV sinif şagirdi monitorinqdə iştirak edib.

 

Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.

 

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub.

 

Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Astara, Lənkəran və Lerik rayonları üzrə 5 imtahan mərkəzində prosesi izləyib, müəllimlərlə və şagirdlərlə həmsöhbət olublar.

 

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, həmçinin onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.

 

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik, bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

 

Qeyd edək ki, monitorinqlər Astara rayonunda 10 mərkəzdə 1650 şagird , Cəlilabad rayonunda 16 mərkəzdə 3063 şagird, Lənkəran rayonunda 15 mərkəzdə 3000, Lerik rayonunda 13 mərkəzdə 511, Masallı rayonunda 11 mərkəzdə 2714 şagird, Yardımlı rayonunda isə 4 mərkəzdə 542 şagird olmaqla ümumilikdə 69 mərkəzdə təşkil edilib.