22.05.2023

Məktəb şagirdləri ilə görüş keçirilib.

Mayın 19-da Bakı Dövlət Universitetinin rektoru və professor-müəllim heyəti, YAP Masallı rayonu təşkilatının sədri ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüblər.

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, tarix fakültəsinin kafedra müdiri Anar İsgəndərov, kimya fakültəsinin dekanı Fuad Kərimli, jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı mühazirələr deyib, şagirdləri dahi liderin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu dəyərləri qorumağa və inkişaf etdirməyə səsləyiblər.

 

Ulu öndər "Heydər Əliyev dərsi"ndə şagirdlər arasında aktiv iştirak edənlər mükafata laiq görülüblər.


Açar sözlər: