Mayın 20-də ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təhsil festivalı keçirilib.
Elm və Təhsil naziri Emin Əmrullayev, nazirliyin əməkdaşları, onlarla millət vəkili və rektorlar, rayon rəhbəri, nüfuzlu qonaqlar və 10000-ə yaxın ziyarətçi təhsil festivalında hazırlanan stendlərlə tanış olublar.
Regionumuzun şagirdlərinin tədris ili ərzində əldə etdikləri nailiyyətlərin, uğur və bacarıqlarının nümayişi, peşəkarlar və kimyaçı şagirdlərin ustad dərsləri, balaca fidanların ifasında tamaşa, musiqi və qiraət təqdimatları qonaqların marağını cəlb edib.