16.05.2023

Beynəlxalq elmi konfrans keçirilib.

Mayın 16-da Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanşünaslığın aktual məsələləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Sonda Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən regional olimpiadanın qalibləri və konfransda fəal iştirak edən çıxışçıların mükafatlandırma mərasimi keçirilib.

 

Qaliblərə Lənkəran Dövlət Universiteti tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.