14.05.2023

“Kiçik Addımlar Böyuk Uğurlar” adlı məktəbəqədər təhsil forumu keçirilib.

Mayın 13-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kiçik Addımlar Böyuk Uğurlar” adlı məktəbəqədər təhsil forumu keçirilib.

 

Forumda İcma əsaslı Məktəbəqədər Təhsil layihəsinin rəhbəri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı, sektor müdirləri, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, rayon ziyalıları, valideynlər, şagirdlər və digər qonaqlar iştirak edib.

 

İcma əsaslı Məktəbəqədər Təhsil layihəsinin ölkəmizdə erkən uşaq təhsil sahəsində faydalarından, uğurlu fəaliyyətlərindən və nəticələrindən danışılıb.

 

Forumda uşaqların ifasında şeirlər, mahnılar dinlənilib və rəngarəng çıxışları nümayiş etdirilib.

 

Qeyd edək ki, forumun məqsədi erkən uşaq təhsilinin uşaq inkişafında rolunu tərənnüm etmək, “İcma əsaslı məktəqədər təhsil” layihəsinin Azərbaycanda erkən uşaq təhsil sahəsində faydaları, əldə etdiyi uğurları çatdırmaqdır.