Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin kollektivi, rayon təhsil sektorlarının əməkdaşları, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.