09.05.2023

Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mayın 8-də Lənkəran rayon M.Həsənov adına Şilavar kənd tam orta məktəbinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, Lənkəran Rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin məsul işçiləri, ümumi təhsil məktəblərinin direktorları, rayon ziyalıları, valideynlər və şagirdlər iştirak edib.

 

Tədbirdə Ümummili lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu bir daha xatırlanıb, şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.