30.04.2023

Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqəsi keçirilib.

Aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqəsi keçirilib.

 

Müsabiqə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 8 mərkəzdə təşkil olunub.

 

Müsabiqədə Astara rayonu üzrə 286, Cəlilabad rayonu üzrə 644, Masallı rayonu üzrə 472, Lerik rayonu üzrə 227, Lənkəran rayonu üzrə 479, Yardımlı rayonu üzrə 133 nəfər şagird iştirak edib.

 

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası V sinif, Məktəblilərarası fənn müsabiqəsi isə VI və VII sinif şagirdləri arasında təşkil olunub.

 

Müsabiqədə iştirak edən bütün sagirdlərimizə uğurlar arzu edirik!