29.04.2023

Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 nömrəli tam orta məktəbin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Aprelin 29-də Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 nömrəli tam orta məktəbin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları, Elm və Təhsil Nazirliyinin nümayəndəsi, həmçinin məktəbin məzunu olmuş Mirbaba Babayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri, məktəbin məzunları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

 Elm və Təhsil naziri cənab Emin Əmrullayevin məktəbin 100 illik yubileyi münasibətilə təbrik məktubu səsləndirilib, pedaqoji kollektivin bir sıra üzvlərinə səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

 

Tədbirdə şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,