25.04.2023

“Açıq kitabxana” adlı "Oxu günü" keçirilib

Aprelin 25-də Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Açıq kitabxana” adlı "Oxu günü" keçirilib.

 

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri və əməkdaşları, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak edib.

 

“Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.

 

Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzi Parkda açıq havada təşkil olunan tədbirdə kitabların müzakirəsi, kitablarla fləşmob, məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü, bədii ədəbiyyat sahəsini əhatə edən viktorinalar və Lənkəran rayon ümumtəhsil müəssisələri tərəfindən kitab sərgisi keçirilib.


Açar sözlər: ,  ,