Aprelin 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib.
Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbində keçirilən tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin direktoru Aqil Sadıyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Radikal dini təsirlərdən qorunmaq istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.