17.04.2023

Sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib

Aprelin 17-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

 

Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rəhim Rəhimov, Azərbaycan dili və ədəbiyyat üzrə müəllim Ramil Niftəliyev, ibtidai sinif üzrə müəllim Kəmalə İbrahimova və Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları sertifikatlaşdırmanın mərhələləri, təşkili və məzmunu ilə bağlı məsələlər barədə məlumatlar veriblər.

 

Görüş müddətində təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi izah edilib, mövzular haqqında ətraflı məlumat verilib və müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.


Açar sözlər: ,