16.04.2023

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

Aprelin 16-da Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

 

Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqə Lənkəran-Astara Regional Təhsil İdarsi üzrə 6 mərkəzdə təşkil olunub.

 

Müsabiqədə iştirak üçün qeydiyyatdan keçən 729 şagirddən ümumilikdə 718 nəfər şagird iştirak edib.

 

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan verir.


Açar sözlər: ,