Aprelin 15-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 116 nəfər namizəd iştirak edib.
Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə keçirilən imtahanda namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.
Nəticələr test imtahanı mərhələsində iştirak edən namizədlərin əlaqə nömrələrinə SMS vasitəsilə göndəriləcək.
Bütün namizədlərə uğurlar arzulayırıq!