14.04.2023

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

Aprelin 15-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

 

Qeyd edək ki, test imtahanı mərhələsi Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə (ünvan: Lənkəran ş. A.Mahmudov küç. döngə 1 ) keçiriləcək.

 

İmtahanın keçirilmə müddəti 80 dəqiqədir. Namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim ediləcək.

 

İmtahan saat 11:00-da başlayacaq.

 

İmtahanda iştirak edəcək namizədin imtahanın keçiriləcəyi binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olmağı mütləqdir.

 

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin mobil telefon nömrələrinə sms vasitəsilə məlumat göndərilib.

 

Bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,