07.04.2023

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri tərəfindən fəxri fərmanlar təqdim edilib.

Aprelin 7-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati binasında idarə müdiri tərəfindən Lənkəran və Masallı rayonları üzrə ATİAHİ-nin sədrlərinin iştirakı ilə Metodkabinetin Masallı rayonu üzrə metodisti  Fətullayev Qardaş Məhərrəm oğlu və Lənkəran rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Aslanov Aslan İsaq oğlu ilə fəxri fərmanların təqdim edilməsi üçün görüş keçirilib.

 

Görüş zamanı təcrübəli təhsil işçiləri ilə təhsil sahəsində aparılan islahatlar, görülən işlər və gələcəkdə planlaşdırılan fəaliyyətlər haqqında müzakirələr aparılıb.  

 

Hazırda Fətullayev Qardaş Məhərrəm oğlu Masallı rayonu üzrə təhsil sektorunun metodisti vəzifəsində çalışır. Uzunmüddətli təhsil sahəsində göstərdiyi nailiyyətlərinə görə “Tərəqqi”, “Əmək igidliyinə görə”, “Əmək veteranı” medalları və “Şərəf nişanı” ordeni ilə təltif olunub.

 

Digər təltif olunan Aslanov Aslan İsaq oğlu isə Lənkəran rayonun təhsil sahəsində uzunmüddət səmərəli fəaliyyət göstərib. O, 2-ci dərəcəli dövlət qulluqçusu olub.  2023-cü ilin mart ayında çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilib.