07.01.2023

Buraxılış fənnləri üzrə sınaq imtahanı keçirilib.

Yanvarın 7-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində cari tədris ilində təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədi ilə regiondaxili sınaq imtahanı keçirilib.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan IX sinif şagirdlərdən Lənkəran rayonu üzrə 2651, Astara rayonu üzrə 1445, Yardımlı rayonu üzrə 565, Masallı rayonu üzrə 2490, Cəlilabad rayonu üzrə 2650, Lerik rayonu üzrə 528 nəfər ümumilikdə 10329 şagird sınaq imtahanında iştirak edib.

 

Buraxılış fənləri üzrə sınaq imtahanı Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan 6 rayon üzrə 43 mərkəzdə keçirilib.

 

Şagirdlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: ,