Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Lerik rayon V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Lerik rayon sakinlərini qəbul edib.
Qəbulda vətəndaşlar işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, direktor və direktor müavinlərinin işə qəbulu, dərs yükü və digər mövzularla bağlı müraciət ediblər.
Vətəndaşların müraciət, şikayət və təklifləri qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.
Qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, vətəndaş qəbulunda sağlam və şəffaf mühit formalaşdırmaqdır.