22.11.2022

“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Noyabrın 22-də Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Müsabiqənin nəticələrinə əsasən 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III yerə layiq görülməklə ümumilikdə 30 nəfər şagird qalib elan edilib.

 

Qeyd edək ki, Lənkəran rayonu Viravul kənd C.Əzimov adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi - Quliyeva Şükran Cahangir qızı lll dərəcəli diploma layiq görülüb.


Açar sözlər: ,  ,