Noyabrın 20-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi keçirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində yerləşən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan Astara rayonu üzrə 2, Cəlilabad rayonu üzrə 16, Lənkəran rayonu üzrə 4, Lerik rayonu üzrə 9, Masallı rayonu üzrə 12 və Yardımlı rayonu üzrə 9 olmaqla ümumilikdə 52 ümumi təhsil məktəbi var.
Həmin vakant yerlərin tutulması üçün elan olunmuş direktorların işə qəbulu müsabiqəsinə 126 nəfər namizəd sənəd verib. Onlardan 90 nəfəri test mərhələsində 36 nəfəri isə birbaşa müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.
Birbaşa müsahibə mərhələsində iştirak edəcək namizədlər şagird sayı 150-dək olan ümumi təhsil məktəblərini seçdikləri üçün test mərhələsindən azad olunublar.
Namizədlərə 80 dəqiqə ərzində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqı düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmağla 45 test tapşırığı təqdim edilib.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən iyul ayında keçirilmiş direktorların işə qəbulu müsabiqəsi nəticəsində uğur qazanmış 25 nəfər namizəd direktor vəzifəsinə təyin edilib.
Bütün namizədlərə uğurlar arzulayırıq!