24.11.2022

Şəhid müəllimlərin xatirəsinə həsr olunmuş regional voleybol yarışı keçiriləcək

“Qəhrəmanlar unudulmur” Vətən müharibəsi şəhidləri Emil Qurbanov və Etiram Hüseynlinin xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət yığma komandalar arasında yarış keçiriləcək.

 

Yarış 17 dekabr 2022-ci il tarixdə saat 10:00-da Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində keçiriləcək.

 

Sonda qalib komandalara diplom və hədiyyələr təqdim ediləcək.

 

Yarış iştirakçılarına uğurlar arzulayırıq!


Açar sözlər: