28.11.2022

Kimya və biologiya fənləri üzrə fənn müsabiqəsi keçiriləcək

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Vətən müharibəsində şəhid olmuş Cəlilabad rayonunun Fərzili kənd ümumi orta məktəbin kimya-biologiya müəllimi Rəhimov Tural Arif oğlunun xatirəsinə həsr olunmuş VIII-IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə fənn müsabiqəsi keçiriləcək.

 

Fənn müsabiqəsinin keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirmək, şagirdlərdə vətənpərvərlik hissini aşılamaq və şəhidlərə olan ehtiramı əbədiləşdirməkdən ibarətdir.

 

Fənn müsabiqəsinin 3 turdan ibarət keçirilməsi nəzərdə tutulub:

 

Məktəb turu: 27-30 noyabr 2022-ci il

 

Rayon turu: 17 dekabr 2022-ci il

 

Region turu: 15 yanvar 2023-cü il

 

Müsabiqədə iştirak edən bütün şagirdlərimizə uğurlar arzulayırıq!

 

Müvafiq fənlər üzrə mövzularla aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz.

 

Kimya fənni üzrə mövzular

 

Biologiya fənni üzrə mövzular