Lənkəran Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) təhsil idarəsində və müvafiq məktəblərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək. Bundan başqa vətəndaşlar “WhatsApp” nömrələri vasitəsilə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.
Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri aşağıdakı kimi müəyyənləşmişdir:
1.Lənkəran Şəhər Təhsil Şöbəsi - Akademik Z.Əliyeva küç. döngə 2, (+994 50) 568-60-51;
2.T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbi - Akademik Z.Əliyeva küç. döngə 2, (+994 50) 518-28-98;
3.H.Aslanov adına 3 nömrəli tam orta məktəbi - Nizami küç.19, (+994 50) 418-94-66;
4.V.Əliyev adına 4 nömrəli tam orta məktəb-liseyi - Şirəli Axundov küç.7, (+994 50) 418-94-66;
5.Liman şəhər İ.Mahmudov adına 1 nömrəli tam orta məktəbi - Liman şəh. H.Aslanov küç.48, (+994 70) 556-31-96;
6.Şürük kənd tam orta məktəbi - Şükür kəndi (+994 50) 683-53-10;
7.Şağlaser kənd A.Əsədullayev adına ümumi orta məktəbi - Şağlaser kəndi (+994 50) 992-71-28;
8.Boladi kənd 1 nömrəli tam orta məktəbi - Boladi kəndi (+994 50) 518-28-69;
9.Xanbulan qəsəbə tam orta məktəbi - Xanbulan qəsəbəsi (+994 50) 481-89-93;
10.Jidi kənd ümumi orta məktəbi - Jidi kənd (+994 51) 568-28-29;
I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.
6 may 2022-ci il tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.
Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.
2022-2023-cü tədris ili üzrə birinci sinfə qəbulla bağlı əlavə məlumatı aşağıda təqdim olunan sual-cavab faylından əldə edə bilərsiniz: