30 aprel-1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə voleybol idman növü üzrə oğlanlardan ibarət məktəb komandaları arasında yarış keçirilib.
Açılış mərasimində Şəhər Təhsil Şöbəsinin metodisti Kamran Məmmədov, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Teymur Babazadə və baş məsləhətçisi Sadiq Həmidov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığından danışıb, iştirakçı komandalara uğurlar arzulayıb.
Yarışda 10 məktəbin komandası iştirak edib.
Yarışın qalibləri:
I – yer Şəhər 9 nömrəli tam orta məktəbi
II – yer Şəhər 10 nömrəli tam orta məktəbi
III – yer Şəhər 8 nömrəli və Sütəmurdov kənd tam orta məktəbi
Qalib komandalar Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə təltif edilib.