Aprelin 29-da Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti şura iclası keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.
Təhsil Şöbəsinin müdir müavini əvəzi Sabir Əliyev şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.
Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri M.Quliyev, C.Axundzadə və metodkabinetin müdiri Z.Ağazadə şəhər 3 nömrəli, Zövlə və Günəhir kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin təşkilinin, şöbənin metodisti N.Rəhimova şəhər 1, 2, 5 nömrəli, Viravul kənd 1 və Viravul kənd 2 nömrəli tam orta məktəblərində ibtidai siniflərdə tədrisin təşkili vəziyyətinin monitorinqi və şöbənin metodisti N.Zülfiqarlı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Leyla Hüseynovanın qabaqcıl iş təcrübəsi barədə arayışları dinlənilib və müvafiq qərarlar verilib.
Şura iclasında müdir müavini əvəzi Sabir Əliyev və şöbənin əməkdaşları A.Aslanov və S.Kələntərli cari məsələlərdən danışıb.
Sonda Təhsil Şöbəsinin müdir müavini əvəzi Sabir Əliyev şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən məlumat verib.