Aprelin 28-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sərhəd” hərbi idman oyununun rayon birinciliyi keçirilib.
“Sərhəd” hərbi idman oyununun rayonun turunda şəhər 4, 5, 6, 7, 8 nömrəli, Xarici dillər təməyüllü gimnaziya və Haftoni qəsəbə tam orta məktəblərinin komandaları iştirak ediblər.
Yarışda şəhər 4, 8 nömrəli və Haftoni qəsəbə tam orta məktəblərinin komandaları fərqlənib.
Sonda şəhər 4 nömrəli tam orta məktəbi zona birinciliyinə vəsiqə qazanıb.