27.04.2022

VII sinif şagirdləri arasında “Coca-Cola Məktəbli Kuboku”nun rayon birinciliyinə start verilib

Aprelin 25-də rayonun Sütəmurdov kənd tam orta məktəbinin idman zalında “Coca-Cola”, AFFA və Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Coca-Cola Məktəbli Kuboku 2021-2022” adı altında rayon birinciliyinə start verilib.

Açılış mərasimində Şəhər Təhsil Şöbəsinin metodisti Kamran Məmmədov çıxış edib, iştirakçı komandalara uğurlar arzulayıb.

Yarışa rayonun ümumtəhsil məktəblərinin 30 komandası qatılıb. Yarış davam edir.