Aprelin 25-də Azərbaycan Respublikası Təhsil nazirinin 29.03.2022-ci il tarixli, F-148 nömrəli əmrinə əsasən Q.Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin və Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Biləsuvar, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Lənkəran məktəblilərinin iştirakı ilə “Şuşa ili” nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin zona mərhələsi keçirilib.
Müsabiqənin zona mərhələsində rayon mərhələsində birinci yerlərin qalibi olan 11-17 yaş arası istedadlı şagirdlər iki yaş qrupunda ifaçılıq, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət nominasiyaları üzrə iştirak ediblər.
Qeyd edək ki, zona mərhələsində hər nominasiya üzrə birinci yerlərin qalibi olmuş məktəblilər respublika final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Müsabiqədə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva iştirak edərək festival iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.