Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi məqsədilə Azərbaycanda hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilir.
İlk qurultay 2001-ci ildə Bakıda keçirilmişdir. 2006-cı ildə keçirilən II qurultayda İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.
Nəhayət 2022-ci il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı-Zəfər Qurultayı baş tutdu.Qurultayın adı heç də təsadüfi deyil, çünki böyük qələbədən sonra dünya azərbaycanlıları ilk dəfə toplaşır.Qurultayın Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində keçirilməsi isə həm dünya azərbaycanlılarına, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesaj kimi qəbul edilə bilər.
Qurultayda iştirak edən İlham Əliyev xalqımıza qarşı olan ədalətsizliklərdən, 44 günlük vətən müharibəsi ilə bağlı bir çox məsələlərə çıxışında yer verdi. O bildirdi ki, Azərbaycan xalqı 30 il davam edən müharibə şəraitinə öz gücü ilə son qoydu,tarixi ədaləti bərpa etdi.
Milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi. Azərbaycanın haqq səsini, haqq işini yaşadığları ölkələrin ictimaiyyətinə çatdırırdılar. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq.
Biz şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi. Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü, Vətən sevgisi. Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim edir.
Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə sirr deyil.
Azərbaycanla Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra Ermənistan rəhbərliyi də nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu yoxdur-nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu yoxdur.
Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar.Biz buna çaışmalıyıq.Biz birlikdə güclüyük.Biz Dəmir Yumruq kimi birləşəndə nələri bacardığımızı hər kəsə göstədik!Yaşasın Azərbaycan!