21.04.2022

Ümumtəhsil məktəblərinin şagirdləri arasında basketbol üzrə respublika birinciliyinin zona mərhələsi keçirilib

16-20 aprel tarixlərində Cəlilabad rayon 9 nömrəli tam orta məktəbinin idman zalında Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi, “Təhsil” Respublika İdman Mərkəzi və Azərbaycan Basketbol Fedarasiyası tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında basketbol (oğlanlar və qızlar) üzrə respublika birinciliyinin zona mərhələsi keçirilib.

Basketbol (oğlanlar və qızlar) üzrə respublika birinciliyinin zona mərhələsində Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarının komandaları iştirak edib.

Lənkəran rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət (qızlar) yığma kamandası II yeri qazanaraq respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva komanda iştirakçıları ilə görüşüb və onlara uğurlar arzulayıb.