Fevralın 18-də Lənkəran Şəhər Təhsil Şöbəsində təhsilimizin gələcəyinə inam, ümid hissimizi artıran gənc müəllimlərdən biri, Jidi kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi və "Fərq Yaradan Gənc Müəllim" müsabiqəsinın qalibi Leyla Qarazada ilə görüş keçirilib.
Görüşdə Leyla müəllimə ucqar dağ kəndində peşəsinə olan sevginin gücü ilə yaratdığı möcüzənin sirrindən danışıb.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva Leyla müəlliməni peşəsinə yanaşmada böyük sevgi və fədəkarlıq nümayiş elətdirdiyinə görə “Fəxri Fərman”la təltif edib və ona gləcək fəaliyyətində uğurlar arzulayıb.