09.02.2022

Şəhid abidə kompleksinin açılışı olub

Fevralın 8-də R.Bədəlov adına şəhər 9 nömrəli tam orta məktəbində məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş abidə kompleksinin açılışı olub.

Bu münasibətlə keçirilən tədbirdə Lənkəran ŞİH başçısı cənab Taleh müəllim Qaraşov, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, İcra aparatının rəsmi şəxsləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak edib.

İcra başçısı və tədbir iştirakçıları abidə önünə tər çiçəklər düzərək bir daha şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbirdə çıxış edən İcra başçısı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərin təqdirəlayiq təşəbbüslər olduğunu səsləndirərək ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət müstəqilliyimizin və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərə bəslədikləri hörmət və ehtiramın nümunəsində görülən bu işlərin milli-mənəvi dəyərlərin geniş təbliğində, gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində misilsiz əhəmiyyəti olduğunu xüsusi qeyd edib.

Tədbirin sonunda İcra başçısı şəhid valideynləri və doğmaları ilə görüşüb söhbət edib, qayğıları ilə bir daha yaxından maraqlanıb.

Görüş iştirakçıları davamlı diqqətə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.

Tədbir məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisiya ilə başa çatıb.


Açar sözlər: ,