Dekabrın 30-da T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Prezidentinin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkminləşdirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, verilmiş tapşırıqların icrasının vaxtında təmin edilməsi məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə dövlət məktəbəqədər təhsil müəssisələrinə aid əmlakın inventarizasiyasının həyata keçirilməsi və onların təhvil-təslimi üçün müvafiq formada siyahıların hazırlanması tapşırılıb.
Görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və inventarizasiya aparılması üçün yaradılmış komissiya üzvləri iştirak edib.
Sonda məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri tərəfindən verilən suallar cavablandırılıb.