Dekabrın 30-da Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti şura iclası keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.
Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.
Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri M.Ağayeva və V.Şahbazov şəhər 4 nömrəli tam orta məktəb-liseyin və Göyşaban kənd tam orta məktəblərində karantin rejimi dövründə təlim-tərbiyə işlərinin təşkilinin monitorinqi, şöbənin metodisti S.Kələntərli şəhər 5 nömrəli, Şıxəkəran, Sinovli, Günəhir və Viravul kənd 2 nömrəli tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi vəziyyətinin monitorinqi barədə arayışları dinlənib və müvafiq qərarlar verilib.
Şura iclasında müdir müavini N.Əkbərov və şöbənin əməkdaşları C.Axundzadə, A.Aslanov cari məsələlərdən danışıb.
Sonda Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən məlumat verib.