16.12.2021

Şagirdimiz mükafatlandırılıb

Dekabrın 16-da Lənkəran Şəhər Təhsil Şöbəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində fəal iştirak edən V.Əliyev adına şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-lisey X sinif şagirdi Zeynəb İsmizadə Azər qızı mükafatlandırılıb.

Qeyd edək ki “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda təbliğatla bağlı nəzərdə tutulmuş tədbirlər çərçivəsində təşkil olunub.

Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədilə rəsm müsabiqəsində fərqlənən məktəblilərdən biri də Lənkəran şəhər 4 nömrəli məktəbin şagirdi Zeynəb İsmizadədir.

Zeynəb İsmizadəyə və müsabiqənin keçirilməsində fəal iştirakına görə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyevaya Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış “Təşəkkürnamə”lər təqdim edilib.

Ülviyyə xanım Əliyeva uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında biliklərinin artırılmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib.


Açar sözlər: