07.12.2021

Növbəti Şura iclası keçirilib

Dekabrın 6-da Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti şura iclası keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.

Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri V.Şahbazov, M.Quliyev və S.Əliyev şəhər 10 nömrəli, İstisu qəsəbə tam orta və Təngivan kənd ibtidai məktəblərində karantin rejimi dövründə təlim-tərbiyə işlərinin təşkilinin monitorinqi, şöbənin metodisti Ü.Əliyeva şəhər 4 nömrəli tam orta məktəb-liseyin tarix müəllimi Ü.Dadaşovanın qabaqcıl iş təcrubəsi barədə arayışları dinlənilmiş və müvafiq qərarlar verililib.

Şura iclasında  müdir müavini N.Əkbərov və şöbənin əməkdaşları C.Axundzadə, Z.Ağazadə cari məsələlərdən danışılıb.

Sonda Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən məlumat verib.


Açar sözlər: ,