03.12.2021

“Mina təhlükəsizliyi ilə əlaqədar 2021-2022-ci tədris ili üçün Tədbirlər planı”na uyğun Microsoft Teams platforması üzərindən onlayın iclas keçirilib

Dekabrın 2-də Lənkəran Şəhər Təhsil Şöbəsində şəhər məktəblərinin direktorları ilə Azərbaycan Respublikası Təhsil Nazirinin 20.08.2021-ci il tarixli F-416 nömrəli “Təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi haqqında əmrdən irəli gələn tələblərin icrası ilə əlaqədar, görülmüş işlərin icra vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı Lənkəran Şəhər Təhsil Şöbəsinin “Mina təhlükəsizliyi ilə əlaqədar 2021-2022-ci tədris ili üçün Tədbirlər planı”na uyğun Microsoft Teams platforması üzərindən onlayın iclas keçirilib.

İclasda Lənkəran Şəhər Təhsil Şöbəsinin təşəbbüsü ilə dəvət olunmuş Təhsil nazirliyinin əməkdaşı cənab Rövşən Ağayev, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və Lənkəran şəhərində yerləşən ümumitəhsil müəssisələrinin direktorları iştirak edib.

Gündəlikdə duran əsas məsələ “Təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi isitqamətində görülən işlər barədə şəhər 6 nömrəli məktəbin diriektoru Akif Xalıqov, şəhər 3 nömrəli məktəbin diriektoru Aqil Sadiyev, şəhər 4 nömrəli məktəbin diriektoru Yeganə Əsgərova, şəhər 3 nömrəli məktəbin gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi, II Qarabağ Müharibəsinin iştirakçısı Pərvin Abbasov və şəhər 10 nömrəli məktəbin direktor müavini, II Qarabağ Müharibəsinin iştirakçısı Emin Quliyev çıxış ediblər.

Təhsil nazirliyinin əməkdaşı cənab Rövşən Ağayev müharibədən sonrakı dövrdə baş verən faciəvi hadisələrə diqqət çəkərək mövzunun aktuallığını xüsusi olaraq vurğulayıb.

Sonda verilən suallar Təhsil nazirliyinin əməkdaşı tərəfindən cavablandırılıb.


Açar sözlər: ,