30.11.2021

İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı

Noyabrın 28-də Türkmənistan Respublikasının paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV zirvə Toplantısında Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu təşkilatın fəal üzvü olduğunu qeyd etdi.

Azərbaycan bütün sahələrdə İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərlə səmərəli əməkdaşlıq edir. Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı islahatlar münbit sərmayə şəraiti yaratmışdır. Bunun nəticəsi olaraq Dünya Bankının “Doing Business” hesabında Azərbaycan 190 ölkə arasında 28 - ci yerdə qərarlaşıb. Bu islahatların nəticəsi olaraq Azərbaycana 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. Bu sərmayələrin yarısı xarici sərmayələrdir. Azərbaycanda ötən 18 il ərzində aparılmış sosial islahatlar öz nəticəsini vermişdir. Belə ki, yoxsulluq faizi son 18 ildə 49 faizdən 6 faizə enmiş, işsizlik 6 faiz dərəcəsindədir.

Pandemiya fəsadları ilə mübarizə Azərbaycanda mühüm yer tutur. Cari ilin yanvar ayında Azərbaycanda peyvəndlənmə kompaniyasına start verilmişdir. Yetkin əhalinin 60 faizindən çoxuna iki doza peyvənd vurulmuşdur. Olkədə COVİD – dən zərər görmüş insanlara 3 milyard ABŞ dolları həcmində sosial - iqtisadi dəstək paketi təqdim olunmuşdur. 2012-ci ilin dövlət büdcəsində bu məqdəslərə 1,6 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ölkə rəhbərliyinin bu sahəyə diqqətinin nəticəsidir. Peyvəndlənmə prosesi başladıqdan sonar Azərbaycan “peyvənd millətçiliyinin” əleyhinə olunmuş bütün ölkələr üçün peyvəndlərdən istifadə üçün bərabər imkanların təmin olunmasına təklif etmişdir. Azərbaycan dünyanın 80-ə yaxın ölkəsinə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir.

Azərbaycan eyni zamanda öz siyasi qüdrətini də kifayət qədər artırmışdır. Belə ki, 44 günlük vətən müharibəsi Ermənisatnın məğlubiyyəti və kapitulyasiya aktı imzalaması ilə başa çatdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. BMT Təhlükəsizlik Şurasının 1999-cu ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdi. 30 il ərzində işğal altın qalmış ərazilər yerlə yeksan edilmişdir. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində 67 məsciddən 65 tamamilə dağıdılmışdır. Azad olunmuş ərazilərdə Azərbaycan sıfırdan şəhər və kəndlər salır. Bu ərazilərdə salınmış yeni nəqliyyat infrastrukturundan İƏT ölkələri də istifadə edəcəkdir.


Açar sözlər: