20.11.2021

"Risk qrupuna daxil olan şagirdlər və onlarla işin təşkili" ilə bağlı onlayn görüş keçirilib

Noyabrın 19-da "Risk qrupuna daxil olan şagirdlər və onlarla işin təşkili" ilə bağlı onlayn görüş keçirilib.

Görüşdə Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktor və psixoloqları iştirak ediblər.

Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov "Risk qrupuna daxil olan şagirdlər və onlarla işin təşkili" məsələləri barədə geniş məruzə edib.

Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva mövzu ilə bağlı şəhər məktəblərində son həftə ərzində apardıqları profilaktik tədbirlər barədə danışıb.

Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə bir neçə şəhər  məktəblərindəki monitorinqin nəticələrinə əsasən risk qrupuna daxil olan şagirdlərin ailələrinin sosial və məişət problemlərinə toxunaraq həlli yollarından danışıb.

Çıxışçılardan Digah kənd tam orta məktəbinin psixoloqu Jalə Əzizova "Risk qrupuna daxil olunan şagirdlər kimlərdir, onlarla psixoloji-pedoqoji iş necə təşkil olunmalıdır" mövzusunda, Lüvəsər kənd tam orta məktəbinin psixoloqu Ülviyyə Muradova "Risk qrupuna daxil olan şagirdlərlə görülən korreksion işlər" mövzusunda, Lənkəran şəhər 9 nömrəli tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər Bəşirova "Bullinq nədir və onun fəsadları" mövzusunda məruzə ediblər.

Görüşün sonunda məktəb direktorlarının mövzu ilə bağlı sualları cavablandırıldı


Açar sözlər: