13.11.2021

Növbəti Şura iclası keçirilib

Noyabrın 12-də Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti şura iclası keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.

Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını giriş sözü ilə açaraq gündəliyi elan edib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri A.Aslanov və M.Quliyev rayonun Hirkan qəsəbə və Şağlaküçə kənd tam orta məktəblərində karantin rejimində təlim-tərbiyə işlərinin monitorinqinin nəticələri, şöbənin aparıcı məsləhətçisi S.Əliyev rayonun Cil, Bəliton, Vilvan, Viravul 1 və Viravul 2 nömrəli kənd tam orta məktəblərində məktəb sənədlərinin aparılması vəziyyətinin monitorinqi haqqında arayışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Təhsil Şöbəsinin müdir müavini N.Əkbərov 2021-2022-ci tədris ilində payız-qış mövsümünə haqırlıqı barədə arayışı dinlənilib və III (buster) dozanın vurulması ilə bağlı son vəziyyəti və bu isitiqamətdə maarifləndimrə işinin süətləndirilməsinin vacibliyini qeyd edib.

Şura iclasında Təhsil Şöbəsinin əməkdaşları Z.Ağazadə, C.Axunzadə və K.Məmmədov cari məsələlərdən danışıblar.

Sonda Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən məlumat verib.


Açar sözlər: