03.11.2021

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Noyabrın 3-də Lənkəran Şəhər Təhsil Şöbəsi (LŞTŞ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran  bölgəsi üzrə şöbəsi və R.Qurbanov adına İstisu qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda  baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin direktoru Azad Ağayev və yuxarı sinif şagirdləri iştirak edib.

Çıxışlar zamanı uşaqların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi qeyd edilib. Onların vətənpərvər şəxsiyyət kimi formalaşmasına mənfi təsir edən yad dini-ideoloji cərəyanlar və zərərli vərdişlərdən qorunmasının zəruriliyi ilə bağlı söhbət aparılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,