28.10.2021

Qalib komanda ilə görüş keçirilib

Oktyabrın 28-də Şəhər Təhsil Şöbəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri arasında Breyn Rinq üzrə “Cənub Kuboku-2021” intellektual məktəb çempionatının qalibi olan “Lənkəran” komandasının üzvləri ilə görüş keçirilib.

Görüşdə Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, müdir müavini N.Əkbərov, komanda rəhbəri Z.Cəfərova və cənub bölgəsinin 8 komandası arasında qalib çıxan “Lənkəran” komandasının üzvləri iştirak edib.

Şöbə müdiri “Lənkəran” komandasını təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.

Komandanın üzvləri Təhsil Şöbəsinin rəhbərliyinə təbrik və diqqətə görə təşəkkürünü bildiriblər.


Açar sözlər: