06.10.2021

Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Oktyabrın 5-də T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Rasilə xanım Arifqızı və Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, müdir müavini Nəsir Əkbərov, şəhid müəllim ailələrinin üzvləri, Vətən müharibəsində iştirak edən qəhrəman müəllimlər, ümumtəhsil məktəblərin direktorları, rayonun  qabaqcıl müəllimləri və V qrant müsabiqəsinin qalibləri iştirak ediblər.

Tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin  müdiri Rasilə xanım Arifqızı rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb  və  müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.

Sonra tədbirdə Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva Lənkəran təhsilinin uğurlarından bəhs edib, Vətən müharibəsində iştirak edən, öz şücaəti ilə seçilən müəllimlərin bundan sonra tədrisdə yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinə inandığını bildirib, müəllimlərin çətin və şərəfli əməyindən danışaraq onları təbrik edib.

Sonda Vətən müharibəsində iştirak edən qəhrəman müəllimlər,  rayonun  qabaqcıl müəllimləri və V qrant müsabiqəsinin qalibləri Şəhər İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin  “Fəxri Fərman”ları  ilə təltif edilib.


Açar sözlər: ,